Azərbaycan və BƏƏ xarici işlər nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

post-img

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan arasında telefon danışığı aparılıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, telefon danışığı zamanı Azərbaycanla BƏƏ arasında tərəfdaşlıq, həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, habelə regional və beynəlxalq təhlükəsizlik vəziyyəti müzakirə olunub.

Tərəflər İsrail-İran toqquşması nəticəsində bölgədə yaranmış təhlükəsizlik vəziyyətindən ciddi şəkildə narahat olduqlarını bildirib, problemlərin diplomatik yollarla həllinin vacib olduğunu vurğulayıblar.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Siyasət