Prezident: TAP-ın, Cənub Qaz Dəhlizinin açdığı yol bu gün daha böyük layihələrə yol açır

post-img

Mən Prezident Mattarellaya bu gün məlumat verdim ki, biz hazırda Avropa İttifaqı ilə elektrik enerjisinin ixracı ilə bağlı işləyirik. Elektrik xətlərinin çəkilməsi ilə bağlı texniki-iqtisadi əsaslandırma hazırlanmaqdadır, yəqin ki, yaxın vaxtlarda hazır olacaq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarella ilə mətbuata bəyanatında səsləndirib.

Dövlətimizin başçısı qeyd edib: “Beləliklə, TAP-ın açdığı yol, Cənub Qaz Dəhlizinin açdığı yol bu gün daha böyük layihələrə yol açır”.

Siyasət