Azərbaycan İrpendə akademik Zərifə Əliyeva adına məktəbi himayə edir

post-img

Azərbaycan dövləti İrpen şəhərində yerləşən və görkəmli elm xadimi, oftalmoloq-alim Zərifə Əliyeva adına 12 nömrəli tam orta məktəbə daha bir töhfə verib.

AZƏRTAC xəbər verir ki, istilik proble­minin həlli məqsədilə Azərbaycan Prezi­denti İlham Əliyevin göstərişi ilə “SOCAR Energy Ukraine” şirkəti orta məktəbin bi­nasının xarici istilik izolyasiyası işlərinə başlayıb.

Məktəbin direktoru Valentina Anto­nenko AZƏRTAC-a açıqlamasında orta məktəbə daim dəstək göstərən Azərbay­can dövlətinə, xüsusilə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. Qeyd edilib ki, məktəbin xarici istilik izolyasiyası işləri yeni tədris ilinə qədər başa çatacaq.

Qeyd edək ki, bundan əvvəl Prezident İlham Əliyevin göstərişi ilə “SOCAR Ener­gy Ukraine” şirkəti Rusiya–Ukrayna mü­haribəsi zamanı İrpen şəhərində ciddi zi­yan dəyən orta məktəbin təmirini üzərinə götürərək, müvafiq işləri yeni tədris ilinə kimi başa çatdırıb.

Təmir işləri zamanı orta məktəbin dam örtüyü tamamilə yenilənib, sinif otaq­ları təmir edilib, pəncərə çərçivələri dəyiş­dirilib, yeni istilik radiatorları quraşdırılıb, kosmetik işlər həyata keçirilib. Partlayış­dan ən çox zərər çəkmiş idman zalı və bomba sığınacağı təmir edilib.

Eyni zamanda, elektrik enerjisi proble­minin həlli məqsədilə orta məktəb genera­torla da təmin olunub.

Sosial həyat