Tarixə hökm etmiş uyğurlar

post-img

Türk dünyasının ayrılmaz parçası olan uyğurlar Çin Xalq Respublikasının ərazisində yaşayırlar. Uyğur dili altay türk dilləri ailəsinə məxsusdur. İki əsrə yaxın Mərkəzi Asiya və Çinin bir hissəsinə hökmranlıq etmiş Göytürk imperiyasının süqutundan sonra Uyğur Xaqanlığının əsası qoyulmuşlar. Bu imperiya sonradan qırğızların hücumu ilə dağıdılmışdır. 

Birinci Uyğur imperiyasının par­çalanmasından sonra bölgəyə sahib­lənən mancurlar 100 ildən çox buranı əsarətdə saxladılar. Bu yüz ildə 42 dəfə ölüm-dirim mübarizəsinə qalxan uyğurlar, nəhayət ki, Uyğur dövlətini qurdular. Rusiya, Osmanlı, Böyük Bri­taniya imperiyaları yeni qurulan dövlə­ti tanısalar da, Çin-Mancur qoşunları ingilislərin köməyi ilə Uyğur dövlətini devirdilər və ölkənin adını Şərqi Tür­küstan deyil, Şincan (indiki Sintzyan) adlandırdılar. İşğal edilən Uyğur döv­lətinin ərazisi indiki Qazaxıstandan da böyük idi. 

Ötən yüzilin 40-cı illərinin ikinci ya­rısından bu yana Şərqi Türküstanda 30 milyondan çox türkəsilli xalqlar (qa­zaxlar, qırğızlar, özbəklər və çox sayda uyğurlar) yaşayır. Ümumdünya Uyğur Kongresinin məlumatlarına əsasən, 2010-cu ilin sonuna uyğurların ümumi sayı 21 milyon nəfər olub. 

Uyğur dilində hazırda qəzet və jur­nallar çıxır. Əvvəlcə ərəb əlifbasında yazırdılar, sonra kirili qəbul etdilər, bir arada latına keçdilər, sonra təzədən ərəb əlifbasının hərfləri əsasında uyğur dil intonasiyasına uyğun olaraq əlifba yaratdılar. Bu gün sözügedən əlifbada yazırlar. Dəqiq elmlər, informasiya tex­nologiyaları, təbabət, ədəbiyyat, tarix sahəsində tanınmış alimləri var. Uyğur teatrı, mədəniyyət evləri və dərnəkləri fəaliyyət göstərir. 

Tarixdən maraqlı bir fakt. Dünya ilk çap maşının alman İohann Qutenberq tərəfindən yaradıldığını qəbul etsə də, tarixdə bu kəşfin uyğurlara aid edildiyi­ni təsdiqləyən faktlar var. 

Ölkəmizdə uyğur dilinə və mədəniy­yətinə daim böyük maraq olub. Tanın­mış araşdırıcılar Əli Şamil, Güllü Yoloğlu, Vüqar Mustafa, Qətibə Vaqifqızı və başqaları uyğur mədəniyyəti, folk­loru, tarixi və ədəbiyyatı ilə bağlı qə­zet və jurnallarda çox sayda maraqlı məqalələr dərc etdirmişlər. 

N.QƏDİMOĞLU
XQ

Sosial həyat