Gənclər və idman naziri Fərid Qayıbov vətəndaşları qəbul edəcək

post-img

Gənclər və idman naziri Fərid Qayıbov sentyabrın 5-də Ağdaş rayonunda Göyçay və Ağdaş rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

Vətəndaşların qəbulu saat 11:00-dan etibarən Ağdaş Olimpiya İdman Kompleksində keçiriləcək.

Ünvan: Ağdaş rayonu, Maşad kəndi

Qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı telefon nömrələri və e-maillər vasitəsilə müraciət edə bilərlər: 

Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi

Tel: (051) 328-33-00 
E-mail: [email protected]

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi 

Tel: 187
E-mail: [email protected]

Qəbula qeydiyyat 2 sentyabr 2025-ci il, saat 18:00-da başa çatacaq.

İdman