Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi ilə Ankara Rəsm və Heykəllər Muzeyinin birgə layihəsi çərçivəsində “Suverenliyimizi qazandıran şanlı Zəfər” mövzusunda azərbaycanlı rəssamların sərgisi açılıb.
Ankara Rəsm və Heykəllər Muzeyində təşkil olunan sərginin açılış mərasimində diplomatlar, mədəniyyət xadimləri, rəssamlar, qardaş ölkədə yaşayan azərbaycanlılar və sənətsevərlər iştirak ediblər.
Zəfərimizə ithaf edilmiş sərgidə Türk dünyasının böyük şəxsiyyətləri, ulu öndərlər Mustafa Kamal Atatürk və Heydər Əliyevin rəsmləri, Azərbaycan, Vətən sevgisi, milli mədəniyyətimiz, mənəvi dəyərlərimiz, Qarabağ, Azərbaycan–Türkiyə qardaşlığı mövzusunda rəsmlər nümayiş olunur.
Bu əsərlər 2025-ci ildə Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərin 5 illiyi münasibətilə elan etdiyi müsabiqə çərçivəsində seçilib. Türkiyənin müxtəlif şəhərlərindən təqdim olunmuş çoxsaylı əsərlərdən 44 rəsmə üstünlük verilib və Ankara Rəsm və Heykəllər Muzeyindı sərgilənməyə layiq görülüb.
XQ

