UEFA Çempionlar Liqasında 1/4 final

post-img

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin iki oyunu keçirilib.

İlk oyun günündə iki qarşılaşma baş tutub. İspaniyanın “Real” klubu doğma meydanda Almaniyanın “Bavariya” komandası ilə üz-üzə gəlib. Daha yaxşı oyun nümayiş etdirən almanlar vacib qələbə qazanıblar–2:1.

İngiltərənin “Arsenal”ı isə səfərdə Portuqaliyanın “Sportinq”indən güclü olub–1:0.

Dünən axşam daha iki oyun keçirilib. Parisdə yerli PSJ İngiltərənin “Liverpul” klubu, İspaniyanın “Barselona” komandası isə “Atletiko” Madridlə üz-üzə gəlib.

Qeyd edək ki, 1/4 final mərhələsinin cavab oyunları aprelin 14-15-də keçiriləcək.

Qabil YUSİFOĞLU
XQ

İdman