Nizami Gəncəvi adına Universitetdə Azərbaycan alimi ilə görüş keçirilib

post-img

Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin (DDPU) Tarix fakultəsində Bakı Dövlət Universiteti (ADU) Əmək və ekologiya hüququ kafedrasının professoru Mayis Əliyevlə müəllim və tələbələrin görüşü keçirilib. 

Görüşü fakultə dekanı, professor Mansur Uktamjon açaraq DDPU ilə ADU arasında əməkdaşlığın inkişafından danışıb, bu ki ali məktəb arasında müəllim və tələbələrin mübadiləsi haqqında söhbət açıb, münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini bildirib. Professor Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) ilə əməkdaşlıqdan danışıb, sözü Mədəniyyət Mərkəzinin direktoru Akif Marifliyə verib. 

Akif Marifli Azərbaycanla Özbəkistan arasında tarixən mövcud olan dostluq və əməkdaşlıq münasibətlərindən söhbət açııb, dövlət başçılarımız İlham Əliyevlə Şavkat Mirziyoyevin dostluğunun bir örnək olduğunu bildirib. O deyib ki, ki, dilimiz, dinimiz, adət-ənənələrimizin eyniliyi bizi daha da yaxınlaşdırır. Qarabağ məsələsinin ədalətli həllindən danışan direktor bildirib ki, 44 günlük Vətən müharibəsində Özbəkistan Azərbaycanın yanında olub, xalqımızın mövqeyini dəsrəkləyib ki, bu da dostluq və qardaşlığımıza bir nümunədir.  

Mayis Əliyev Azərbaycanla Özbəkistan arasında bütün sahələrdə əlaqələrin inkişafından, ali məktəblərimiz arasında müəllim və tələbə mübadiləsindən danışaraq deyib ki, bu il dövlət başçısı İlham Əliyevin sərəncamı ilə Azərbaycanda Konstitusiya və Suverenlik ili elan olunub. Bununla bağlı həm Azərbaycanda, həm də xarici ölkələrdə müxtəlif tədbirlərr keçirilir. Elə bizim bu görüşümüz də məhz  Konstitusiya və Suverenlik ilinə həsr olunub. 

Azərbaycan Konstitusiiyasından danışam M.Əliyev hazırkı Əsas Qanunun sayca beşinci Konstitusiya olduğunu, bu sənəddə Azərbaycan vətəndaşlarının hüquq və azadlıqları, maddi, mənəvi, tarixi irsin qorumnası təsbit edilib. Həm Azərbaycanda, həm də Özbəkistanda Konstitusiya Məhkəmələrinin olduğunu deyən M.Əliyev bu qurumlarda məqsədyönlü iş aparıldığını  diqqətə çatdırıb. 

M.Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Ermənistanın işğalından azad olunan Füzuli şəhərində min yerlik Mirzə Uluqbəy adına orta məktəb tikildiyini bildirib, bunun əsl dostluq və qardaşlıq nümunəsi olduğunu vurğulayıb.  

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov AMM ilə əməkdaşlıqdan danışıb, həm DDPU-də, həm də AMM-də birgə tədbirlərin, görüşlərin keçirildiyini bildirib, bundan sonra da bu istiqamətdə əməkdaşlığın davam edəcəyini qeyd edub. 

Sonra Mayis Əliyev müəllim və tələbələrin çoxsaylı suallarına cavab verib.  

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Daşkənd

 





Sosial həyat