“YAŞAT” Fondunun dəstəyi ilə Vətən müharibəsi iştirakçısı Elvin Cəfərlinin üzərində növbəti uğurlu əməliyyat gerçəkləşdirilib.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qeyd edək ki, Elvin Cəfərli Vətən müharibəsinə 2020-ci ilin sentyabrın 29-da qatılıb və Füzuli, Cəbrayıl, Hadrut istiqamətində gedən döyüşlərdə iştirak edib. O, Hadrut uğrunda gedən döyüşlərdə yaralanıb.