Samuxda Ulu Öndər Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
Rayonun Ziyadlı kəndində, Kür yolunun ətrafında icra hakimiyyətininin və YAP yerli təşkilatının birgə təşkil etdiyi tədbirdə rayon rəhbəri Firdovsi Əliyev, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisələrin kollektivləri, həmçinin rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Aksiya çərçivəsində simvolik olaraq 102 ədəd şam və çinar ağacı əkilib. Əkilmiş ağacların suvarılması məqsədilə əraziyə müasir damcı suvarma sistemi çəkilib. Eyni zamanda əvvəlki illərdə salınmış yaşıllıqlara və gül kollarına aqrotexniki qulluq göstərilib.
Bu təşəbbüs həm Ulu öndərin əziz xatirəsinə ehtiramın ifadəsi, həm də ekoloji mühitin qorunmasına töhfə kimi qiymətləndirilib.
Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri