Şəkidə UEFA C kursu keçirilib

post-img

AFFA-nın təşkilatçılığı ilə Şəkidə keçirilən UEFA-nın C kateqoriyalı məşqçi kursunun I mərhələsi başa çatıb.

XQ xəbər verir ki, 4 gün çəkən məşğələlərə təlimatçı Dəyanət Əliyev rəhbərlik edib. Ona İdris Bədirov köməklik göstərib.

Kursun ikinci mərhələsi mayın 12-dən 15-dək, üçüncü mərhələsi iyunun 2-dən 5-dək, dördüncü mərhələsi isə iyunun 22-dən 27-dək olacaq.

İdman