Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı mayın 10-da Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, digər rəsmilər və ictimaiyyətin nümayəndələri Ümummilli liderimizin Goranboy rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edərək dahi şəxsiyyətə ehtiramlarını bildiriblər.
Qeyd olunub ki, Goranboyun bugünkü inkişafının təməli Ulu öndərin ölkəyə hakimiyyəti dövründə qurulub. Azərbaycan Respublikasının Prezidenti bu ənənəni uğurla davam etdirərək rayonumuzun inkişafı üçün əlindən gələni edir. Son illər yeni yolların salınması, sosial obyektlərin ucaldılması, adamların günü-güzəranının daha da yaxşılaşdırıkması məhz cənab Prezidentimizin diqqət və qayğısının bariz nümunəsisidir.
Ağsaqqallar Ulu öndərin rayona səfərləri zamanı onlarla səmimi görüşlərini yada salıblar, dəyərli sözlərini dilə gətiriblər.
Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri