Qanunsuz saxlanılan silahlar götürülüb

post-img

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Məlumatı nazirliyin mətbuat xidmətindən veriblər. 

Mayın 16-da paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı və 6 tüfəng aşkar olunnaraq götürülüb.

P.ƏMİRCANOV
XQ

Sosial həyat