Həbsdə olan şəxsin 11 il əvvəl törətdiyi daha bir cinayət ifşa olunub

post-img

Oğuz Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə 2014-cü ildə quldurluq hadisəsi törədən 37 yaşlı Aqil Şirəliyev müəyyən edilərək məsuliyyətə cəlb olunub. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, əvvəllər də dəfələrlə məhkum edilmiş və hazırda həbsdə olan Aqil Şirəliyev həmin vaxt şəxsiyyətini gizlətmək üçün maska ilə kamuflyaj olunaraq gecə saatlarında rayon sakininə məxsus evə daxil olub. O, ev sahibinə fiziki güc tətbiq edərək soyuq silahla hədə-qorxu gəlib və zərərçəkmişin pul vəsaitlərini ələ keçirib. 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-istintaq tədbirləri və  müvafiq ekspertizalarla cinayətin A.Şirəliyev tərəfindən törədildiyi müəyyən edilib. 

Fakla bağlı araşdırmalar davam etdirilir.

P.ƏMİRCANOV
XQ

Sosial həyat