Goranboyda abadlıq-quruculuq işləri səngimir…

post-img

Elə ki, Bakı istiqamətindən Goranboya daxil oldun, tamamilə başqa bir mənzərə ilə qarşılaşırsan. Hiss olunur ki, rayonda abadlıq, yenidənqurma, yaşıllıq və digər işlər bir gün belə ara vermir. Ağaclara qulluq göstərilir, yaşıllıq qorunur, yeniləri əkilir. İcra hakimiyyətinin sakinlər arasında apardığı izahat-təbliğat işi, təlimat artıq öz səmərəsini verib. Goranboylular  daha özləri həvəslə iməciliklərə çıxır, həyət-bacalarında, evlərinin qarşısında təmizlik işləri aparırlar. 

Hazırda yolkənarı ərazilərdə abadlıq işləri davam etdirilir.
Rayonda keçirilən növbəti ümumrayon iməciliyində Goran-Rəhimli-Qazanbulaq avtomobil yolunun kənarlarında, o cümlədən şəhərin Heydər Əliyev prospektində abadlıq işləri həyata keçirilir.

Hamlet Qasımov,

XQ-nin bölgə müxbiri





Sosial həyat