Bu barədə “The Jerusalem Post” nəşri özəl mənbələrinə istinadən məlumat yayıb. Məlumatda deyilir ki, ABŞ İranın Xarq adasına nəzarəti ələ keçirmək üçün Yaxın Şərqə Dəniz Piyadaları Korpusu və Hərbi Dəniz Qüvvələri birliklərinin yerləşdirilməsini sürətləndirib.
Qəzetin yazdığına görə, ABŞ-ın yüksək rütbəli rəsmiləri bu yaxınlarda İsrail və digər ölkələrdəki həmkarlarına məlumat veriblər ki, Vaşinqtonun Xarq adasını ələ keçirmək üçün quru hərbi əməliyyatına başlamaqdan başqa çarəsi qalmaya bilər.
Vaşinqton rəsmilərindən biri “The Jerusalem Post” qəzetinə təsdiqləyib ki, ABŞ ordusu minlərlə dəniz piyadası və Hərbi Dəniz Qüvvələrini Yaxın Şərqə göndərir.
XQ

