Mayamidən pozitiv mesajlar verildi

post-img

ABŞ və Ukrayna rəsmiləri təhlükəsizlik təminatlarını müzakirə ediblər.

“Mayamidə tərəflər əsasən təhlükəsizlik zəmanətləri və humanitar məsələləri müzakirə ediblər”. Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov “Telegram” kanalında məlumat paylaşıb.

“Floridada davamlı sülhün əldə edilməsinə yönəlik prosesin bir hissəsi kimi Amerika tərəfi ilə danışıqların növbəti raundunu başa vurduq. Görüşlər zamanı biz etibarlı təhlükəsizlik təminatları və humanitar yol, xüsusən də vətəndaşlarımızın mübadiləsi və geri qaytarılması məsələlərinə diqqət yetirdik”, - Umerov o yazıb. O, həmçinin qeyd edib ki, iki ölkənin mövqelərinin uyğunlaşdırılmasında irəliləyiş var və "sonrakı mərhələdə həll olunacaq məsələlərin spektri daralır”. 

XQ

 

Dünya