“Yaponiya inflyasiya gözləntilərinin artması və investor tələbinin yüksəlməsi ilə üzləşib. Bu səbəbdən inflyasiyaya indekslənmiş dövlət istiqrazlarının geri alış həcminin azaldılmasını nəzərdən keçirir”. Bu barədə məsələdən xəbərdar olan iki rəsmi mənbə məlumat verib.
Məlumatda qeyd olunur ki, 2026-cı ilin yanvarında bazar əsaslı inflyasiya gözləntilərinin göstəricisi olan “break-even”in inflyasiya səviyyəsi ilk dəfə 1,9 faiz həddini aşıb və inflyasiyaya bağlı istiqrazları investorlar üçün daha cəlbedici edib.
XQ

