“Air Canada Express”-in təyyarəsi Nyu-Yorkun “LaGuardia” hava limanında yerüstü nəqliyyat vasitəsinə çırpılıb
Bu barədə uçuşları izləmə saytı “Flightradar24” məlumat yayıb. Məlumatda bildirilir ki, ötən gecə saatlarında ABŞ-ın Nyu-York şəhərində yerləşən “LaGuardia” hava limanında “Air Canada Express” şirkətinə məxsus, regional uçuşları yerinə yetirən sərnişin təyyarəsi eniş zamanı yerüstü nəqliyyat vasitəsi ilə toqquşub. Hadisədən sonra hava limanı uçuşlar üçün bağlı elan edilib.

