Bakı Dövlət Universiteti (BDU), İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya Regional Mərkəzi, “BDU könüllüləri” təşkilatı və “Əmanət” Şəhid və Qazi Övladlarının Fərdi İnkişafına Dəstək Layihəsinin təşkilatçılığı ilə Qubada yay düşərgəsinin iştirakçıları üçün tarixçi-tədqiqatçı Araz Şəhrli “Tarixin müəmmaları” mövzusunda təlim keçib.
Təlim zamanı Azərbaycan tarixinin formalaşma mərhələləri, qədimdən günümüzə qədər baş verən mühüm ictimai-siyasi hadisələr müqayisəli yanaşmalarla təhlil edilib. Təlimin əvvəlində milli kimliyin formalaşması, Vətən anlayışı, bu anlayışların tarixi proseslərdəki inkişafı geniş müzakirə olunub.
Təlimdə Azərbaycan ərazisində müxtəlif dövrlərdə mövcud olmuş dövlətlərin – Albaniya, Atropatena, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər, Əfşarlar və xanlıqlar dövrünün tarixi, ictimai quruluşları, daxili və xarici siyasətləri haqqında məlumatlar təqdim edilib.
Sessiya zamanı iştirakçılara etnonimlər və toponimlərlə bağlı maraqlı tarixi faktlar da təqdim olunub, terminlərin mənşəyi və onların formalaşma tarixi barədə müzakirələr aparılıb.
XQ