Ana dilimizə sevgi ilə...

post-img

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə ənənəvi sərgi keçirilir.

Sərgidə Azərbaycan dilinin tarixi inkişaf mərhələlərini, əlifbamızın keçdiyi təkamül yolunu əks etdirən nəşrlər, həmçinin mövzu ilə bağlı sərəncam və fərmanlar, görkəmli elm xadimlərinin fikirləri nümayiş olunur.

Xatırladaq ki, 2001-ci il avqustun 9-da ulu öndər Heydər Əliyevin imzaladığı fərmana əsasən, avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur.

Mərkəzi Elmi Kitabxanada təşkil edilən sərgidə “Heydər Əliyevin dil siyasəti”, “Azərbaycan dilinin orfoqrafiya lüğəti”, “Azərbaycan dilinin izahlı lüğəti” (4 cilddə), “Azərbaycan dilinin dialektoloji atlası”, “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası”, “Azərbaycan dilçiliyi müntəxəbatı”, “Dilə sevgi, yurda sevgi”, müxtəlif illərə aid Azərbaycan dili dərslikləri və vəsaitləri, həmçinin digər dəyərli nəşrlər sərgilənir.

XQ

Sosial həyat