Yeniyetmənin faciəsi süni intellektin təhlükəsizliyini gündəmə gətirdi

post-img

Aprel ayında intihar edən Adam Rainin valideynləri yenidən OpenAI-yə qarşı iddia qaldırıblar. Onların sözlərinə görə, gənc ChatGPT-dən “intihara təhrik edən təlimçi” kimi istifadə edib və bu, faciəli nəticəyə gətirib çıxarıb.

Məhkəmə materiallarında göstərilir ki, Rain 2024-cü ilin sentyabrında məktəb tapşırıqlarını yerinə yetirmək üçün çatbotdan istifadə etməyə başlayıb. Zaman keçdikcə onun süni intellektlə ünsiyyəti fərqli xarakter alıb: söhbətlər daha qaranlıq və introspektiv olub, ChatGPT isə gənc üçün “etibarlı dost və terapevt” rolunu oynayıb.

OpenAI iddia ilə bağlı açıqlamasında bildirir ki, şirkət məsələni ciddi şəkildə nəzərdən keçirir. Şirkət həssas vəziyyətdə olan istifadəçilərin təhlükəsizliyini təmin etmək üçün ChatGPT-də müəyyən dəyişikliklər etməyi planlaşdırır.

Hadisə süni intellekt sistemlərinin həssas qruplarla, xüsusilə də psixi sağlamlıq böhranı yaşayan yeniyetmələrlə qarşılıqlı əlaqəsi məsələsini yenidən aktuallaşdırıb. Ekspertlər hesab edirlər ki, AI texnologiyalarının sürətlə yayılması fonunda təhlükəsizlik və etik məsuliyyət məsələləri daha çox diqqət mərkəzində olmalıdır.

S.ELAY

XQ

Sosial həyat