Nar və xurma istehsalçıları ilə görüş keçirilib

post-img

Qida Təhlükəsizliyi Agentliyi kənd təsərrüfatı məhsullarının təhlükəsiz istehsalının təmin edilməsi, zərərli orqanizmlərin nəzarətdə saxlanılması və beynəlxalq fitosanitar tələblərə uyğunluğun artırılması istiqamətində tədbirlərini davam etdirir. Bu çərçivədə nar və xurma istehsalında qida təhlükəsizliyi və fitosanitar tələblərə riayət olunmasının təmin edilməsi məqsədilə yerli istehsalçılarla görüş keçirilib.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən XQ-yə bildirilib ki, görüşdə istehsal prosesinin bütün mərhələlərində təhlükəsizlik və uyğunluğun təmin olunmasına dair bir sıra mühüm məsələlər müzakirə edilib. Zərərli orqanizmlərin yayılmasının qarşısının alınması məqsədilə profilaktik fitosanitar tədbirlərin görülməsi, istehsal sahələrində bitki sağlamlığının izlənilməsinin təmin edilməsi və monitorinq sistemlərinin tətbiqi ilə bağlı tövsiyələr verilib.

Tədbirdə pestisidlərin tətbiqi zamanı düzgün dozanın, tətbiq intervallarının və gözləmə müddətlərinin qorunmasının məhsulun təhlükəsizliyi və keyfiyyəti üçün önəmli olduğu vurğulanıb. Bildirilib ki, məhsulların qablaşdırılmasında istifadə olunan ağac mənşəli materialların ISPM 15 beynəlxalq standartlarına cavab verməsi vacibdir. Bu, xüsusilə ixrac prosesində fitosanitar risklərin minimuma endirilməsi baxımından əhəmiyyətlidir.

Sosial həyat