"Telegram" hücumları Dövlət Xidməti tərəfindən araşdırılır

post-img

“Telegram” mesajlaşma tətbiqi üzərindən həyata keçirilən yeni kiberhücum dalğası ilə bağlı Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Zərərverici Analizi Laboratoriyası (MRLab) tərəfindən araşdırma başladılıb.

XQ xəbər verir ki, məlumatı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti yayıb.

Hazırda kibercinayətkarların müəyyənləşdirilməsi, həmçinin insidentlərin miqyası və təsirinin qiymətləndirilməsi istiqamətində MRLab tərəfindən tədqiqat işləri davam etdirilir. İlkin araşdırma nəticələri ilə bağlı XRİTDX-nin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin (CERT) saytında tanış ola bilərsiniz:

Link: https://cert.gov.az/az/articles/telegram-istifadecilerine-qarsi-heyata-kecirilen-kiberhucumun-ilkin-tedqiqati

Sosial həyat