İstanbulda Türkiyə, Azərbaycan və Gürcüstan gömrükçülərinin 4-cü iclası

post-img

İstanbulda Türkiyə, Azərbaycan və Gürcüstanın Birgə Gömrük Komitəsinin dördüncü iclası keçirilib. Məlumatı “Anadolu” verib. 

Türkiyə Ticarət Nazirliyinin Türkiyənin “NSosyal” sosial media platformasındakı səhifəsində dərc olunan bəyanatda qeyd olunub ki, iclasa Türkiyə ticarət nazirinin müavini Sezai Uçarmak sədrlik edib.

Tərəflər üç ölkənin gömrük xidmətləri arasında qurulan güclü əməkdaşlıqdan məmnunluq ifadə ediblər.

İclasda Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi, tranzit məlumatlarının mübadiləsinə dair saziş, beynəlxalq nəqliyyat standartlarının uyğunlaşdırılması, səlahiyyətli iqtisadi operator statusunun tətbiqi, sadələşdirilmiş gömrük dəhlizinin səmərəliliyinin artırılması istiqamətində atılacaq addımlar kimi məsələlər müzakirə edilib.

Görüşün yekununda Türkiyə, Azərbaycan və Gürcüstanın Birgə Gömrük Komitəsinin dördüncü iclasının protokolu imzalanıb və qarşıdakı dövr üçün gömrük sahəsində əməkdaşlıq üçün yol xəritəsi müəyyən edilib.

Bundan əlavə, görüşdən sonra Azərbaycan və Gürcüstanla ikitərəfli danışıqlar aparılıb.

P.Əmircanov
XQ

 

Sosial həyat