Qarğıdalı yığımı

post-img

Naxçıvan Muxtar Respublikasında qarğıdalı yığımına başlanılıb. Cari mövsümdə muxtar respublika üzrə 834 hektardan çox sahədə qarğıdalı yığımının həyata keçirilməsi nəzərdə tutulur. Əkin sahələrinin böyük hissəsi əvvəlki illərdə olduğu kimi, Şərur rayonunun payına düşür. Rayon ərazisində bu il 700 hektara yaxın sahədə qarğıdalı əkilib.

Hazırda Şərurda 200 hektar sahədə biçin aparılıb və 1 min 300 tondan artıq qarğıdalı tədarük olunub. Qeyd edək ki, Muxtar Respublikada qarğıdalı əkin sahələri ötən illə müqayisədə artıb. Bu il əkin sahəsinin artırılması isə daha yüksək istehsal həcmi gözləməyə əsas verir.

Səbuhi HƏSƏNOV,
XQ-nin Naxçıvan müxbiri

Sosial həyat