Beynəlxalq Əlillər Günü ilə əlaqədar Lənkəran Dövlət Dram Teatrı və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Lənkəran Dövlət Dram Teatrının kollektivi Lənkəran şəhər internat tipli xüsusi ümumitəhsil məktəbinə səfər edərək “Möcüzə Uşaqlar” adlı maraqlı və rəngarəng əyləncəli proqramla məktəbin şagirdləri ilə görüşüb. Teatr əməkdaşları uşaqlarla yaxın ünsiyyət qurub, onların sevincinə şərik olub və bu xüsusi gündə balaca dostlarımız üçün unudulmaz anlar yaşadıblar.
Fiziki məhdudiyyətli uşaqların sosial müdafiəsi, təhsili, reabilitasiyası və cəmiyyətə inteqrasiyası Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biridir. Ölkəmizdə bu kateqoriyadan olan şəxslərin hərtərəfli inkişafı üçün yaradılan imkanlar, dövlət proqramları və xüsusi qayğı müasir sosial siyasətin əsas sütunlarından birini təşkil edir.
Görüş həm uşaqlar üçün, həm də Lənkəran Dövlət Dram Teatrının kollektivi üçün xüsusi mənəvi məna daşıdı. Səmimi təbəssümlər, unudulmaz anlar və birlikdə keçən xoş dəqiqələr bir daha göstərdi ki, bu balaca qəhrəmanların yanında olmaq, onların sevincinə sevinc qatmaq hər birimizin borcudur.
XQ










