“Baku Steel Company”nin kollektivi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib

post-img

“Baku Steel Company” QSC-nin (bundan sonra - BSC) rəhbər heyəti və əməkdaşları Ümummilli Lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri xiyabana gedərək, müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın dahi oğlu Heydər Əliyevin məzarını ziyarət ediblər.

BSC-nin kollektivi Ulu Öndərin xatirəsinə dərin hörmət əlaməti olaraq onun məzarı önünə əklil və gül dəstələri qoyub.

Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarları ziyarət edilərək onların xatirəsini ehtiramla yad olunub, məzarları üstünə gül dəstələri düzülüb.

BSC olaraq xalqımızın qürur mənbəyi olan Heydər Əliyevin böyük irsini daim uca tutur, Ulu Öndərin əziz xatirəsini minnətdarlıq və böyük sevgi hissi ilə anaraq onun hər zaman qəlbimizdə yaşayacağını bildiririk.

Allah rəhmət eləsin!







Sosial həyat