Zəngilanın Ağalı kəndində işəgötürənlərlə görüş keçirilib

post-img

Dekabr 22, 2025 16:45 | Baxış sayı 38Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Zəngilan rayonunun Ağalı kəndində işəgötürənlərlə görüş keçirilib.

XQ xəbər verir ki, “Əhalinin dayanıqlı məşğulluğunun təmin olunması istiqamətində işəgötürənlərlə əməkdaşlığın qurulması və inkişaf etdirilməsi” mövzusunda keçirilən görüşdə agentliyin fəaliyyət sahələri, məşğulluq proqramları barədə məlumat verilib.

Qurumun sahibkarlara təqdim etdiyi dəstək mexanizmləri qeyd edilib. İşğaldan azad edilmiş ərazilərimizə köçürülmüş sakinlərin məşğulluğunun təminatı sahəsində işəgötürənlərlə birgə görülən işlərdən bəhs olunub.

Görüşdə doğma yurdlarına qayıdan vətəndaşların məşğulluğunun təminatı sahəsində işəgötürənlərlə birgə görüləcək işlər müzakirə olunub, onların sualları cavablandırılıb, təklifləri dinlənilib.



Sosial həyat