Bakının mərkəzində yanğın baş verib

post-img

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Parlament prospektində yerləşən yaşayış evində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən XQ-yə bildirilib ki, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riski Xilasetmə xidmətlərinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Sosial həyat