Nazir Rəşad Nəbiyev “Dell Technologies” şirkətinin Avropa,Yaxın Şərq və Afrika üzrə prezidenti ilə görüşüb

post-img

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Böyük Britaniyaya səfər çərçivəsində “Dell Technologies” şirkətinin Avropa,Yaxın Şərq və Afrika üzrə prezidenti Edrian Makdonald ilə görüşüb. 

XQ xəbər verir ki, görüş zamanı Azərbaycan ilə “Dell Technologies” arasında rəqəmsal transformasiya, süni intellekt və məlumat infrastrukturu sahələrində əməkdaşlıq imkanları müzakirə edilib. 

Həmçinin Azərbaycanda suveren “bulud” həlləri, süni intellekt imkanları barədə fikir mübadiləsi aparılıb. 





Sosial həyat