“Kürdəmir” gömrük postunda xarici ticarət iştirakçıları ilə görüş keçirilib.
XQ xəbər verir ki, görüşdə gömrük orqanları tərəfindən malların təsnifatının və mənşə ölkəsinin müəyyənləşdirilməsi üzrə məcburi qərarların qəbul edilməsi mövzusunda müzakirələr aparılıb, məcburi qərarların üstünlükləri, əldə edilməsi metodikası barədə məlumat verilib.
Həmçinin sahibkarların təklif və rəyləri dinlənilib, onların sualları ətraflı cavablandırılıb.

