Dövlət Gömrük Komitəsinin və Özbəkistan Respublikasının gömrük xidmətinin əməkdaşları arasında onlayn formatda görüş keçirilib.
“Elektron ticarətdə hüquqpozmalarla mübarizə” mövzusunda keçirilən görüşdə hər iki ölkənin gömrük xidmətinin nümayəndələri əldə etdikləri təcrübələri paylaşıblar. Həmçinin bu sahədə tətbiq edilən yeniliklərlə yanaşı, elektron ticarətdə hüquqpozmalara qarşı mübarizə üsulları, aşkar edilən faktlar üzrə istintaq-təhqiqat hərəkətləri və digər mövzularda müzakirələr aparılıb.
XQ

