BMU-nun kollektivi Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət edib

post-img

Müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Bakı Mühəndislik Universitetinin (BMU) kollektivi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib.

BMU-dan XQ-yə bildirilib ki, universitet əməkdaşları xalqımızın dahi oğlu, dünya şöhrətli siyasətçi Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla anılıb, məzarı önünə tər çiçəklər düzülüb.





Təhsil