Ümummilli lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunan avarçəkmə və kanoe üzrə “Prezident Kuboku-2026” beynəlxalq reqatasının püşkatma mərasimi təşkil olunub.
Mərasimdə Azərbaycan Su İdman Növləri Federasiyasının rəsmiləri, hakimlər kollegiyası, komanda nümayəndələri və məşqçilər iştirak ediblər. Püşkatma zamanı komandaların çıxış ardıcıllığı, idmançıların mübarizə aparacağı cütlüklər və məsafələr müəyyənləşdirilib.
Qabil YUSİFOĞLU
XQ





