BDU-da abituriyentlər üçün “Açıq qapı” günləri başa çatıb

post-img

Bakı Dövlət Universitetində (BDU) “BDU könüllüləri”nin təşkilatçılığı ilə “Açıq qapı” günləri başa çatıb.

Universitetdən XQ-yə bildirilib ki, 28 iyul - 8 avqust tarixlərində baş tutan “Açıq qapı” günlərində ümumilikdə 1259 abituriyent (803 qız və 456 oğlan) iştirak edib.

"Açıq qapı" günlərində iştirak edən abituriyentlərin 448 nəfəri qəbul imtahanlarında 200-400, 649 nəfəri 400-600, 162 nəfəri isə 600 və daha yüksək bal toplayıb.

"Açıq qapı" günləri çərçivəsində Universitet əməkdaşları tərəfindən abituriyentlər üçün məlumatlandırıcı sessiyalar təşkil olunub, ixtisas seçimi ilə bağlı suallar cavablandırılıb. Hər gün təşkil olunan sessiya və kampusdaxili ekskursiyalar müddətində isə Universitetin akademik və sosial fəaliyyəti, eləcə də tələbələr üçün yaradılan təhsil imkanları haqqında geniş məlumat verilib.







Təhsil