BFMTV xəbər verir ki, iğtişaşların altıncı gecəsində Fransada 78 nəfər saxlanılıb. Parisdə 20 etirazçı həbs olunub. Bu, əvvəlki günlərlə müqayisədə xeyli azdır.
Fransa mediası Lionda etirazçılarla polis arasında toqquşmaların baş verdiyini yazır. İğtişaşçılar hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş atıblar. Polis gözyaşardıcı qazdan istifadə edib.
Fransada etirazlar iyunun 27-də başlayıb. Buna səbəb Nanterre sakini, 17 yaşlı Nahelin polis tərəfindən qətlə yetirilməsi olub. Etirazların dördüncü gecəsində 1300 nəfər, beşinci gecədə isə 500-dən az adam saxlanılıb. İğtişaşlarda iştirak edən ilk iştirakçılar dörd aya qədər həbs cəzasına məhkum edilib. Daxili İşlər Nazirliyi saxlanılanların orta yaşını 17 hesablasa da, onların arasında 13 yaşlılar da var.
"Xalq qəzeti"