Gələn həftə Avropa Parlamenti Avropa Komissiyasının sədri Ursula von der Leyen və onun Komissarlar Heyətinə – Aİ “hökumətinə” qarşı “etimadsızlıq təklifi” ilə bağlı müzakirələr keçirəcək və səs verəcək. Bu bardədə “Euronews” məlumat verib.
Rumıniyalılar İttifaqı Uğrunda Alyans (AUR) partiyasını təmsil edən Rumıniyanın ifrat sağçı deputatı George Piperi bu barədə təklifi üçün 73 imza topladığını iddia edir ki, bu da prosedura başlamaq üçün tələb olunandan bir imza çoxdur.
Piperinin ofisindən verilən məlumata görə, onun fraksiyasının 32 üzvü, eləcə də Avropa Mühafizəkarları və İslahatçıları (ECR) bu tələbi dəstəkləyib. Qalan imzalar ifrat sağçı “Avropa Vətənpərvərləri” (6), Suveren Millətlər Avropası (26) və müstəqil Avropa Parlamentinin üzvlərinə aiddir.
Daxili mənbələrdən verilən məlumata görə, Avropa Parlamenti üzvlərinin imzaları hazırda parlament xidmətləri tərəfindən yoxlanılır və təsdiqlənir.
P.ƏMİRCANOV
XQ