Masazırda yanğın söndürülüb

post-img

Xəbər verildiyi kimi, Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində açıq sahədə yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub. 

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın ətraf ərazilərə, o cümlədəm yaşayış evlərinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

P.ƏMİRCANOV
XQ



Hadisə