Aprelin 14-də Çin Xalq Respublikasının Sədri Si Cinpinin Vyetnama dövlət səfəri başlayıb.
AZƏRTAC xəbər verir ki, bu, Sədr Si Cinpinin cari ildə ilk xarici səfəri, Çin lideri kimi Vyetnama 4-cü səfəridir.
Çin 20 ildən çoxdur ki, Vyetnamın ən böyük ticarət tərəfdaşıdır. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 260 milyard ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Çin lideri Vyetnamdan sonra Malayziya və Kambocaya da səfər edəcək.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin