BƏƏ-nin xarici işlər naziri Abdullah ibn Zayed və İranın xarici işlər naziri Abbas Araqçi İran və ABŞ arasında danışıqların gedişini müzakirə ediblər. BƏƏ Xarici İşlər Nazirliyinin açıqlamasına görə, ibn Zayed iranlı həmkarı ilə telefon danışığı aparıb.
Məlumatı “Anadolu” verib.
Söhbət zamanı tərəflər regiondakı ümumi vəziyyəti və son hadisələri müzakirə ediblər.
Nazirlər həm də İran və ABŞ arasında davam edən danışıqlar barədə fikir mübadiləsi aparıblar.
Bəyanatda qeyd edildiyi kimi, ibn Zayed regional təhlükəsizliyin təməllərini möhkəmləndirmək, eləcə də region xalqlarının daha böyük sabitlik və rifah gözləntilərini qarşılamaq üçün uğurlu ABŞ-İran danışıqlarının vacibliyini vurğulayıb.
P.ƏMİRCANOV
XQ

