ABŞ Prezidenti Donald Tramp hesab edir ki, media İranla potensial müharibəni qəsdən təhrif edir, amma o, özü razılaşma əldə etməyə üstünlük verərdi.Bu barədə Tramp TruthSocial sosial şəbəkəsində yazıb.
Məlumatı “İnterfaks.ru” verib.
Tramp bildirib: “İranla potensial müharibə haqqında yazılan hər şey səhvdir və qəsdən edilib. Qərarı yalnız mən verirəm, mən razılaşmaya üstünlük verərdim, amma razılaşma əldə etməsək, bu ölkə və təəssüf ki, onun xalqı üçün çox pis bir gün olacaq”.
Onun sözlərinə görə, ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keynin İrana qarşı kampaniyanın başlanmasını dəstəkləməməsi ilə bağlı media iddiaları da yanlışdır: “General Keyn, hamımız kimi, müharibə görmək istəmir, amma İranla hərbi qarşıdurma qərarı verilərsə, qalib gəlməyin asan olacağına inanır”.
P.ƏMİRCANOV
XQ

