ABŞ Prezidenti Donald Tramp “Fox” telekanalına müsahibəsində immiqrantların Birləşmiş Ştatları könüllü şəkildə tərk etmələri üçün qeyri-qanuni pul təklif edən yeni proqram həyata keçirməyi planlaşdırdığını bildirib.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Trampın sözlərinə görə, belə bir “özünü deportasiya proqramı” müəyyən maliyyə yardımı və sonradan qanuni yolla ölkəyə yenidən daxil olmaq perspektivini ehtiva edir. “Biz onlara müavinət də verə bilərik”, -deyə ABŞ Prezidenti miqrantların ölkəni könüllü tərk etməsi ilə bağlı vurğulayıb. O əlavə edib: “Biz onlara bir az pul və təyyarə bileti verəcəyik, sonra onlarla iş aparacağıq. Əgər yaxşı olsalar, geri qayıtmaları uyğun olsa, həmin şəxslərin mümkün qədər tez geri dönməsi üçün onlarla iş aparmaq olar”.
Donald Tramp ABŞ-da rekord sayda miqrantı qeyri-qanuni yolla deportasiya edəcəyinə söz verib, həmçinin həbslərin və deportasiyaların artırılması üçün Birləşmiş Ştatlar qanunlarının sərhədlərini sınaqdan keçirib. Onun administrasiyası immiqrantların qovulması prosesinə xüsusi əhəmiyyət verir. Hazırda mühacirlərdən “CBP Home” adlı ABŞ Gömrük və Sərhəd Mühafizəsi proqramından istifadə edərək ölkəni tərk etmək niyyətini bildirmələri xahiş olunur.