Bu qurum Avropadakı Azərbaycan və Türkiyə diaspor təşkilatlarını birləşdirir
Mətbuatdan məlum olduğu kimi, 202-cü il fevralın 2-də “Avropanın paytaxtı” Brüssel şəhərində Azərbaycanın Avropa İttifaqı və Belçika rallığındakı səfirliyinin binasında yeni beynəlxalq transmilli lobbi təşkilatı təsis edilmişdi. Bildirilirdi ki, adı Avro-Atlantika Azərbaycanlılar Tərəfdaşlıq Şurası olan ingiliscə “ uro-Atlantic artnership ouncil of Azerbaianis” bu qurumun abreviaturası EAPCA kimi qəbul edilmişdir.
O da bildirilirdi ki, yeni qurum bu böl gədə fəaliyyət göstərən onlarca ölkənin, o cümlədən, Almaniya, Finlandiya, Niderland, Türkiyə, İsveç və Azərbaycanın diaspor təşkilatlarının birgə müraciəti ilə Avropanın rəsmi dairələrində qeydiyyatdan keçmişdir.
Həmin təsisatın bir yaşının tamam ol duğu günlərdə qurumun baş katibi Sahil Qasımova bir neçə sualla müraciət etdik.
– Sahil müəllim, belə bir təsisatın formalaşdırılmasını hansı məsələlər zəruri edirdi?
– Məlum olduğu kimi, uzun illərdir ki, Avropanın, az qala, bütün ölkələrində çoxsaylı Azərbaycan və türk diaspor təşki latları fəaliyyət göstərir. Ancaq zaman bu təşkilatların fəaliyyətini stimullaşdırmaq üçün yeni çağırışlar irəli sürür. Odur ki, bu qurumun yaradılmasında əsas məqsəd Avro-Atlantik coğrafiyasında mövcud olan bir çox Azərbaycan və Türkiyə təşkilatla rının fəaliyyətinin koordinasiyasını təmin etmək idi. Eləcə də, son zamanlar Qərb ölkələrində Azərbaycan və Türkiyəyə qarşı intensivləşən hücumlar, ölkəmizin ərazi bütövlüyünün şübhə altına alınması, Ermənistanın silahlandırılması, Avropa Parlamenti, AŞPA və ABŞ tərəfindən artan təzyiqlər bizi narahat etməyə bilməzdi. Odur ki, bütün bunlara qarşı birgə mübarizə aparmaq, Azərbaycan həqiqətlərini dünya ya dolğun və doğru şəkildə çatdırmaq, yəni lobbiçilik fəaliyyətini gücləndirmək istədik və bu təsisatı yaratdıq.
– Məqsəd aydındır. Bəs geridə qalan bir ildə nə işlər görülüb?
– EAPCA bir il ərzində bəzi ölkələr də rəsmi görüşlər keçirmiş, müxtəlif beynəlxalq məsələlərlə əlaqədar birgə bəyanatlarla çıxış etmişdir. Qurumun idarə heyətinin üzvləri 2024-cü ilin may ayında ilk rəsmi səfərini Avro-Atlantikanın önəm li ölkəsi olan qardaş Türkiyəyə etmiş və Ankarada bir sıra yüksək səviyyəli görüşlər keçirmişdir. Nümayəndə heyətimizin, həm çinin Türkiyə Respublikasının vitse-prezidenti, Böyük Millət Məclisinin baş katibi, komitə və parlamentlərarası dostluq qrupunun rəhbərləri, bir neçə nazir və nazir müavinləri ilə görüşləri olmuşdur.
– Bəs Azərbaycan və Türkiyəyə qarşı haqsızlıq edən, əsassız iddialar irəli sürən ölkələrlə münasibətdə hansı variantlardan istifadə edirsiniz?
– Nümayəndə heyətimiz Niderlandın baş naziri Dick Schoofa və koalisiya hökumətinə rəsmi müraciət göndərərək hökumətin qəbul etdiyi antitürk xarakterli proqrama etirazını bildirmişdir. Bu məsələ ilə əlaqədar olaraq 2024-cü ilin noyabr ayında Niderland Krallığı Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Cənubi Qafqaz İdarəsinin rəhbərliyi ilə görüşlər keçirilmişdir.
– Erməni faşizminin vəhşiliklərinin dünya ictimaiyyətinə çatdırılması barədə necə, susursunuz?
– Xeyr, bu, fəaliyyətimizin əsas istiqamətlərindən biridir. Ötən ilin fevral ayında EAPCA tərəfindən Xocalı soyqırımı ilə əlaqədar Belçika Krallığının rəsmi mərasimlərinin keçirildiyi Konqres Sütununun (Colonne Du Congre) tərkibində olan “Əbədi məşəl” Kompleksi önündə anım tədbiri keçirilmişdir. Tədbirdə Azər baycanın Brüsseldə və Avropa İttifaqı yanında səfirliyinin rəhbərliyi və diplomatlar, Azərbaycanın NATO yanındakı nümayən dəliyinin əməkdaşları, Belçika Müdafiə Nazirliyinin və Belçika Veteranlar Şurasının təmsilçiləri də iştirak etmişdilər.
Eləcə də, bu ilin fevral ayında Belçika koalisiya hökumətinin Azərbaycanla bağlı qəbul etdiyi sənədə etiraz olaraq baş nazir Baart de Veverə və Federal Parlamentə etiraz məktubu ünvanlamışdır. Bundan başqa, EAPCA Avropa Parlamentinin ötən il aprelin 25-də qəbul etdiyi anti-Türkiyə və anti-Azərbaycan xarakterli qətnaməyə etiraz əlaməti olaraq, rəsmi bəyanat vermişdir.
– Yəqin ki, Fransanı da unutmursunuz...
– Ümumiyyətlə, Azərbaycan və Türk dünyasına qarşı qərəzli addımlar atan heç kəsi cavabsız qoymuruq. Məsələn, ötən il ərzində Fransa prezidenti Emmanuel Makrona Ermənistana silah satışı ilə bağlı, Polşa prezidentinin Ermənistan – Azərbaycan sərhədinə səfərinə qarşı bəyanatla çıxış etmişik. EAPCA, həmçinin ötən il Avropa Parlamentinə keçirilən seçkilərdə fəal iştirak edərək qitə ölkələrindəki türk əsilli namizədlərə dəstək vermişdir.
Ancaq sakini olduğumuz ölkələrdə hər şey qara rəngdə deyil. Ona görə də EAPCA Belçikanın Milli Günü münasibətilə Kral Filippə, Niderlandin Kralı Aleksandra və digər ölkələrin rəhbərliyinə təbrik məktub ları göndərmişdir. Təbrik məktubumuza cavab olaraq Belçika kralı Filipp EAPCA-ya məktub göndərərək dərin təşəkkürlərini bildirmişdir. Bu il isə bir çox Avropa ölkələrinin rəhbərliyi ilə rəsmi görüşlərimiz planlaşdırılır.
Sonda onu da xatırladım ki, fəaliyyətimizi Azərbaycan dövlətinin siyasətinə uyğun, Milli Məclis və Diaspor üzrə Dövlət Komitəsi ilə sıx əlaqədə qururuq.
Hazırladı:
İttifaq QAÇAYEV