İranın Şəhid Rəcai limanında partlayış nəticəsində ölənlərin sayı 46 nəfərə çatıb

post-img

İranın cənubunda yerləşən Hörmüzqan əyalətinin Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 46 nəfərə çatıb, 1200-dən çox insan yaralanıb. Həkimlər yaralılardan bəzilərinin vəziyyətini ağırdır qiymətləndirir.

AZƏRTAC Mehr agentliyinə istinadla xəbər verir ki, bu barədə əyalət qubernatoru yanında fövqəladə hallar idarəsinin rəisi Mehrdad Həsənzadə bildirib.

Xatırladaq ki, partlayış aprelin 26-da günorta saatlarında limanın kimyəvi maddələr saxlanılan anbarında baş verib. Hadisə nəticəsində bir neçə kilometr radiusda binaların pəncərələri qırılıb.

İranın hakimiyyət orqanları faktla bağlı təhqiqata başlamaq göstərişi verib.

Dünya