Tokayev: Yeni konstitusiya ölkənin gələcək inkişafı üçün əhəmiyyətlidir

post-img

Martın 15-də Qazaxıstanda ölkə Konstitusiyasına dəyişiklikliklərlə bağlı referendum keçirilib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni Konstitusiya ilə bağlı referendumun ölkənin gələcək inkişafı üçün müstəsna əhəmiyyəti olduğunu bildirib.

Məlumatı “Anadolu” verib. 

Səsvermədən sonra prezident yerli və xarici media nümayəndələri üçün brifinq keçirib: “Bu gün ölkəmiz üçün taleyüklü bir gün olduğuna görə hamınızı təbrik edirəm. Konstitusiya vətəndaşlarımızın hüquq və azadlıqlarını təmin edən tarixi bir sənəddir və buna görə də müstəsna əhəmiyyət kəsb edir. Yeni Konstitusiya ölkəmizin ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini təsdiqləyir. 1995-ci ildə qəbul edilmiş Konstitusiya öz rolunu oynayıb. Ölkəmiz 35 il bu sənədlə yaşadı, amma zaman keçir. Yeni Əsas Qanunun qəbul edilməsinin vaxtı gəlib çatıb”. 

Tokayev bildirib ki, o, Konstitusiyanın preambulasının və bir sıra digər müddəaların mətnini şəxsən təklif edərək onun hazırlanmasında da fəal iştirak edib. “Əminəm ki, yeni Əsas Qanun ölkəyə və onun gələcəyinə xidmət edəcək”. 

P.ƏMİRCANOV
XQ

 

Dünya