Qazaxıstanda referendumun ilkin nəticələri açıqlanıb

post-img

Qazaxıstanın yeni Konstitusiya layihəsi üzrə ümumxalq referendumunda ümumilikdə 9.127.192 nəfər və ya səsvermə hüququna malik vətəndaşların 73,01%-i iştirak edib.

XQ xəbər verir ki, bu barədə Qazaxıstan Respublikasının Mərkəzi Referendum Komissiyası məlumat yayıb.

İlkin məlumatlara görə, təklif olunan dəyişikliklərin qəbul edilməsinin lehinə 7.954.667 nəfər səs verib ki, bu da seçicilərin ümumi sayının 87,15%-ni təşkil edir.

898.099 vətəndaş əleyhinə səs verib. 146.558 bülleten etibarsız hesab edilib.

Dünya