Braziliya prezidenti Zelenski ilə görüşməyi Putindən şəxsən xahiş edəcək

post-img

Braziliya prezidenti Luiz İnasio Lula da Silva Rusiya Prezidenti Vladimir Putini Ukrayna Prezidenti Vladimir Zelenski ilə İstanbulda görüşməyə razı salmağa çalışmaq niyyətində olduğunu açıqlayıb. Bu barədə “Figaro” yazıb.

“Mən Putinlə danışmağa çalışacağam. Ona demək mənə heç nəyə başa gəlmir: “Yoldaş Putin, zəhmət olmasa danışıqlar üçün İstanbula gedin”, - deyə o, Pekində mətbuat konfransında deyib.

Qəzet qeyd edib ki, Braziliya prezidenti Çindən Braziliyaya gedərkən Moskvaya eniş etməyi planlaşdırıb.

Həmin ərəfədə Çin Sədri Si Cinpin və Braziliya prezidenti Rusiya və Ukraynanın münaqişənin tezliklə həlli üçün birbaşa danışıqlara başlayacağına ümid etdiklərini bildiriblər.

Onların birgə bəyanatında deyilir: “Bu, münaqişəyə son qoymağın yeganə yoludur”.

P.ƏMİRCANOV
XQ

Dünya