Ermənistan parlamenti “Elektrik Şəbəkələri” şirkətini milliləşdirir

post-img

Ermənistan parlamenti iş adamı və xeyriyyəçi Samvel Karapetyana məxsus “Ermənistanın Elektrik Şəbəkələri” şirkətinin milliləşdirilməsi haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib. Bu barədə iyulun 2-də “Azatutyun” Telegram kanalında məlumat verilib.

Qanun layihəsinə 65 nəfərin “lehinə”, 30 nəfərin isə “əleyhinə” səs verdiyi bildirilir. Bir neçə saatdan sonra ikinci oxunuşun keçirilməsi planlaşdırılır. Bu, qanun layihəsinə düzəlişlər etmək üçün lazım olacaq.

Biznesmenin vəkili Aram Vardevanyanın sözlərinə görə, müvəkkili nəzarətə götürülüb. O hesab edir ki, bu, Ermənistanın Elektrik Şəbəkələri QSC-nin maneəsiz milliləşdirilməsini təmin etmək üçün edilib.

P.ƏMİRCANOV
XQ

Dünya