“Gücləndirilmiş qlobal ticarət eko-sistemi vasitəsilə sərhədboyu ticarətin asanlaşdırılması” mövzusunda seminar keçirilib

post-img

Koreya Respublikasının Seul şəhərində bu ölkənin gömrük xidmətinin təşkilatçılığı ilə “Gücləndirilmiş qlobal ticarət eko-sistemi vasitəsilə sərhədboyu ticarətin asanlaşdırılması” mövzusunda seminar keçirilib.

Aprel ayının 1-də başlayan və 2 gün davam edəcək seminarda Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

XQ xəbər verir ki, seminar rəqəmsal gömrük innovasiyalarının və kağızsız ticarətin inkişafı məqsədilə ticarətin asanlaşdırılması və gömrük sisteminin müasirləşdirilməsi istiqamətində dialoqun qurulması, eləcə də qabaqcıl təcrübələrin bölüşülməsi məqsədilə təşkil olunub.

Seminarda “Güclü rəqəmsal ticarət ekosistemi vasitəsilə ticarətin asanlaşdırılmasının inkişafı”, “Kağızsız ticarət sistemlərinin tətbiqi ilə maneəsiz ticarətin təşviqi”, “Qabaqcıl texnologiyalardan strateji istifadə vasitəsilə gömrük rəsmiləşdirilməsi prosedurlarının təkmilləşdirilməsi”, “Elektron ticarət gömrük rəsmiləşdirilməsində səmərəliliyin artırılması üçün gömrük innovasiyalarının inkişaf etdirilməsi” mövzularında sessiyaların keçirilməsi nəzərdə tutulub.

Seminar çərçivəsində Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov ilə Koreya gömrük xidmətinin rəhbəri Li Myonq-ku arasında görüş keçirilib. Görüşdə iki ölkənin gömrük orqanları arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.





İqtisadiyyat